Amper.az

Layihə Təfərrüatı
Müştəri: Secop
Müddət: May 2025 Noy 2025
Təqdim Edilən Xidmətlər:Mobil tətbiq bütün elektrik şarj stansiyalarını bir yerdə birləşdirərək istifadəçilərə rahatlıq təmin edir. Tətbiq vasitəsilə siz yaxınlıqdakı və ya istədiyiniz ərazidəki şarj stansiyalarını xəritədə görə, onların işlək olub-olmadığını, doluluq vəziyyətini və qiymətlərini real vaxtda izləyə bilərsiniz.
Mobil tətbiqimiz elektrikli avtomobil sahibləri üçün nəzərdə tutulmuş innovativ həllərdən biridir. Tətbiqin əsas məqsədi – bütün elektrik şarj stansiyalarını bir platformada birləşdirərək istifadəçilərin şarj prosesini daha sürətli, rahat və əlçatan etməkdir. İstifadəçilər tətbiqə daxil olduqda interaktiv xəritə vasitəsilə ətrafdakı və ya seçilmiş ərazilərdəki bütün şarj stansiyalarını görə bilirlər. Hər bir stansiyanın mövcud vəziyyəti (boş və ya dolu olması), şarj sürəti, qiyməti və iş saatları real vaxt rejimində göstərilir. Bu məlumatlar sayəsində istifadəçilər ən uyğun stansiyanı seçə bilirlər.